"Parodiya edənlər sayəmdə çoxlu pul qazanırlar"

ŞOU-BİZNES 13 aprel 2025, 23:33
Aparıcı Xoşqədəm Hidayətqızı onu parodiya edən yumor ustalarından danışıb. 

Aktyor Fərda Xudaverdiyevin onu parodiya etdiyini eşidən aparıcı verilişində ona cavab verib:
"Danışsın, halal xoşları olsun. Parodiya edənlər sayəmdə çox gözəl pullar qazanırlar. Onlardan hər zaman bir şey istəmişəm: "Səni axtarıram"dakı dərdli insanların parodiya edilməsinin əleyhinəyəm. Etməyin, dərdindən məcbur qalıb efirə çıxana dəyməsinlər. Məni edin, dərdli insanları yox, rica edirəm. Heç kim bilmir ki, sabah hansı dərdi yaşayacaq. Sabah sənin balan onun kimi olacaq, ya yox". (axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 aprel 2025, 10:56
Top