SON DƏQİQƏ! Bakıda şagird məktəbin binasından özünü atdı

HADİSƏ 11 aprel 2025, 15:57
220 nömrəli məktəb-liseydə intihar hadisəsi baş verib.

Demokrat.az Manset.az-a istinadən xəbər verir ki, həmin məktəbin səkkizinci sinif şagirdi Məlikzadə Rəsul bu gün səhər saatlarında, dərs zamanı özünü pəncərədən atıb.

Şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra bu addımı atıb.

Rəsul Məlikzadə ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq, xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top