Bakıda film səhnələrini xatırladan qəzanın görüntüləri — VİDEO

HADİSƏ 10 aprel 2025, 16:28

Bu gün paytaxtın mərkəzində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı “BYD” markalı taksinin Ələsgər Qayıbov küçəsindən sürətlə Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşdüyü məlum olub.

Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.

Hadisə anının görüntülərini təqdim edirik:

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top