AHİK-dən yeni sosial layihə

SİYASƏT 09 aprel 2025, 18:35
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, (AHİK) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, AHİK-in üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” layihəsinə başlanılıb.

Bu barədə Demokrat.az-a Azərbaycan Həmkarlar İttifaqı (AHİK) bildirilib.

Əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığın daha da artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində ucqar, dağlıq və sərhədyanı rayonlarda yaşayanlar üçün səyyar tibbi müayinələr təşkil olunacaq. 

İlk səyyar müayinələr Lerik rayonunda - Lerik Mərkəzi Xəstəxanasında aprelin 10-11 tarixində saat 10:00-dan 16:00-dək keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top