“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti SSRİ dövründə hərbi komissarlıq adı ilə fəaliyyət göstərirdi. O dövrdən son zamanlara kimi qurumun adı hər zaman neqativ məsələlərdə hallanırdı. Daha sonra Cənab Prezidentin sərəncamı ilə qurum Müdafiə Nazirliyinin tərkibindən ayrılaraq sərbəst qurum kimi fəaliyyət göstərməyə başladı”.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Ekspert bildirib ki, rəhbərlik dəyişdikdən sonra böyük islahatlar aparılmağa başlayıb:
“İslahatlardan ən vacibi korrupsiyaya qarşı mübarizədir. Qurumun yeni rəhbərliyi bu istiqamətdə addımlar atır. Qurumun bölgələrdə fəaliyyətinin daha açıq və müasir istiqamət alması üçün işlər görülür. Bəzi rayonların səfərbərlik xidmətlərində neqativ hallar aşkarlandı, materiallar yeni təyin edilmiş rəhbərlik tərəfindən Baş Prokurorluğa təqdim edildi. Hazırda həmin ciddi nöqsanlara yol verənlərə lazımi cəzalar verilir. Hər bir komisarlıqda həkim kommissiyası var. Tibbi xidmətlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü və Prezidentin sərəncamı ilə Sosial Müdafiə Nazirliyi tərkibində yaradılan quruma həvalə olunub. Hər bir çağırışçının sağlamlığı yoxlanılır”.
O bildirib ki, bu qurumda hələ o vaxtdan ciddi korrupsiya halları olmasını gizlətmək olmaz:
“İndi müəyyən çatışmazlıqlar olsa da, korrupsiya halları minimuma endirilib. Güman edirəm ki, gələcəkdə də tam şəffaf mühit yaranacaq, qurum 1 nömrəli quruma çevriləcək. Çünki qurumun xüsusi statusu var ki, çağırışçılarla, ehtiyatda olan hərbçilərlə, çağırışaqədər yaş həddində olanlarla məşğul olur. Qurumun fəaliyyəti ölkəmiz, xalqımız, gələcəyimiz üçün çox önəmlidir. Müharibə dövründə ehtiyatda olan mütəxəssislərin toplanması, cəbhəyə göndərilmə, əsgərlərin zamanında çağırılması və.s kimi böyük işlər görüldü”.
Ekspertin sözlərinə görə, bəzi xəstəliklər var ki, müalicəsi olmasa da, üç ildən bir yoxlanış vacibliyi var:
“3 ildən bir həmin komissiyadan keçmək məcburiyyəti korrupsiyaya zəmin yaradır. Təklif edirəm ki, müalicəsi olmayan xəstəliklərin təkrar kommisiyadan keçməsi aradan qaldırılsın. Çağırışçı eşitmirsə, ayağı işlək vəziyyətdə deyilsə və.a bu insan gələcəkdə necə xidmət edə bilər?
Komissiya bu şəxsləri dərindən araşdırmalı, birdəfəlik qərar verməlidir. Qurumun son təyin olunan rəhbərləri kökündən dəyişiklik aparır, müsbət işlər görülür”.
Əfsanə Kamal
Demokrat.az