“Yeni pandemiyaya hazır olmalıyıq” — ÜST rəhbəri

SOSİAL 08 aprel 2025, 10:10
"Gec-tez yeni pandemiya baş verəcək və bu, nəzəri risk deyil, epidemioloji əminlikdir”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O, COVID-19 epidemiyasının dünyada ağır nəticələrini xatırladıb və o, növbəti pandemiyanın özünü çox gözlətməyəcəyini vurğulayıb.

ÜST rəhbəri yeni pandemiyanın 20 il sonra, yaxud sabah başlaya biləcəyini söyləyib:

"Bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv edib”. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 aprel 2025, 23:50
16 aprel 2025, 22:59
Top