Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinə səfəri zamanı bildirib ki, Ukraynada atəşkəsə yaxın həftələr və ya aylar ərzində nail olmaq mümkündür. Ukrayna liderinin sözlərinə görə, bir daha müharibənin qaynar fazasına qayıtmamağı təmin etməklə yanaşı, həm də real diplomatiyaya aparan yolu açacaq təminat lazımdır.
Mövzu ilə əlaqədar Demokrat.az millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.
O bildirib ki, bu gün prosesin təhlili göstərir ki, həqiqətən hər iki ölkə müharibədən yorulub:
“Hər iki ölkə çox ciddi çətinliklərlə üz-üzədir. Mənəvi ab-hava da o qədər də yaxşı deyil. Artıq hər iki xalq müharibədən bezibdir. Onlar müharibənin əslində bitməsini arzulayır və istəyirlər. ABŞ da bunun üçün çalışır. Əlbəttə, Ukrayna və Ukrayna xalqı da onlara uyğun olan şərtlərlə müharibənin ən qısa vaxtda bitməsini istəyir və bitməsinin tərəfdarıdır. O mənada bu cür cəhdlər önəmlidir. Yəni, dünyamız çox gərgin, ağır bir vəziyyətdədir. Ona görə belə bir qərarın qəbul edilməsi olduqca önəmlidir. Belə addımlar bölgəmizə sülhün gəlməsi baxımından da olduqca önəmli və əhəmiyyətli bir qərardır. Hazırda proses Rusiyadan daha çox asılıdır. Yəni, Rusiya tərəfi əgər ümumi prosesə öz töhfəsini verərsə, hesab edirəm ki, sülh çox yaxındır”.
Deputat diqqətə çatdırıb ki, ən qısa müddətdə sülh müqaviləsi imzalana bilər:
“Ona görə burada sülh heç də uzaqda deyil. Hesab edirəm ki, bu mənada onlar da başa düşür anlayırlar ki, müharibənin uzanması, müharibənin daha bir uzun vaxt çəkməsi onlar üçün də iqtisadiyyat üçün və vətəndaşları üçün də ciddi bir itki yaradır. Ona görə onlar da maraqlıdırlar ki, proses çox uzanmadan, ən qısa vaxtda yekunlaşın. Çox yaxındır demək olmaz, ən azından cəhdlər var və düşünürəm ki, zamanla hər iki tərəf anlayacaq ki, sülh müqaviləsini imzalamanın artıq vaxtıdır. Çünki prosesin bu formada uzanması onların heç birinin marağına uyğun deyil. Üç ildən artıq baş verən müharibədə tərəflərin heç biri uğur qazana bilməyib. Bu gündən sonra da uğur qazana bilməyəcəklər. Müharibənin hər iki tərəfi uduzubdur. Münaqişənin bitməsi hər bir tərəfin marağına uyğundur”.
Leyla Turan
Demokrat.az