Gəncədə kişi qadın paltarı geyinib uşaq OĞURLAYIR? — Rəsmi AÇIQLAMA/FOTOLAR

GÜNDƏM 04 aprel 2025, 14:34

Sosial şəbəkələrdə guya qadın paltarı geyinərək uşaq oğurluğu ilə məşğul olduğu bildirilən iddialar yayılıb. Bəzi ali məktəblərdə tələbələr arasında bu şəkillər paylaşılaraq ehtiyatlı olmaları məsləhət görülüb. 

Məsələ ilə Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Regional qrupuna sorğu ünvanlayıb.

Qrupun baş inspektoru Eşqin Qasımovun bildirdiyinə görə sosial şəbəkələrdə Gəncə şəhərində uşaq oğurluğu ilə bağlı yayılan iddialar yalandır. Bununla bağlı polisə hər hansı bir məlumat daxil olmayıb: 

"Yayılan həmin məlumatlar həqiqəti əks etdirmir. İddialar polis əməkdaşları tərəfindən hərtərəfli araşdırılıb və 1971-ci il təvəllüdlü həmin qadın polis orqanına dəvət edilib.

Psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq ailə üzvlərinin ərizəsi və özünün razılığı əsasında müvafiq qaydada müalicə almasından ötrü Lənkəran Rayonlararası Psixoterapiya dispanserinə yerləşdirilməsi təmin edilib", - deyə E. Qasımov əlavə edib.







 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 aprel 2025, 19:30
Top