Yaz mövsümündə sağlam qidalanma rutini qurmaq vacibdir. Çünki yaz aylarında istilərin artması maye itkisinə səbəb olaraq, təzyiqin düşməsinə, başgicəllənməsinə, ürəkbulnama kimi şikayətlərə gətirib çıxara bilər. Həmçinin, isti havalarda ürək xəstəlikləri, ürək çatışmazlığı, yüksək təzyiq kimi ciddi xəstəliklərdə artımlar müşahidə olunur.
Demokrat.az xəbər verir ki, yaz mövsümündə ağır və yağlı yeməklər yerinə daha yüngül qidalanma formalarına üstünlük verilməli və ən əsası bol su içilməlidir. Süfrələrdə tərəvəz və meyvələrə daha çox yer verilməli, unlu məmulatlar isə az istehlak edilməlidir.
Su içməyə üstünlük verin
Su qida möcüzəsidir və yaz mövsümündə bədənin suya olan ehtiyacı daha da artır. Çünki yaz aylarında istilərin təsiri ilə tər vasitəsilə bədən çox miqdarda maye və mineral itkisi yaşayır. Bunun qarşısını almaq üçün lazımi qədər su içilməlidir. Yetkin bir insanın yaz aylarında gündə ən az 2,5 litrə qədər su içməlidir.
Duzdan uzaq durun
Duz bədəndəki maye itkisini artırdığı üçün duz istehlakına məhdudiyyət qoyulmalıdır. Eyni zamanda hazır və paketlənmiş qidalardan uzaq durulmalıdır. Çünki bu qidaların tərkibində yüksək miqdarda duz olur. Yaz aylarında çox istifadə olunan qazlı içkilər də tərkibindəki duz səbəbilə istehlak edilməməlidir. Bunun əvəzinə təzə sıxılmış meyvə şirələri seçilə bilər.
Mütləq mövsümi tərəvəz və meyvələrdən istifadə edin
Meyvə və tərəvəzlər nizamlı şəkildə istifadə edildikdə bədənin müqavimətini artırır. Eyni zamanda tərkibindəki vitamin və minerallar sayəsində günəşin yaydığı zərərli şüalara qarşı bədəni qoruyur. Xüsusilə yaşıl rəngli tərəvəzlərin tərkibindəki fol turşusu və minerallar bədənin funksiyalarını sağlam şəkildə yerinə yetirməsində mühüm rol oynayır. Lakin meyvələrin şəkər tərkibi olduğu unudulmamalı və istehlak edərkən həddi aşılmamalıdır.
Yeməklər sağlamlığa xeyirli formada bişirin
Yaz aylarında sağlam qidalanmanın ən vacib qaydalarından biri də düzgün bişirmə metodunu seçməkdir. Yağda qızartmalar yerinə daha sağlam və qidaların vitamin dəyərlərini qoruyan üsullar seçilməlidir. Həzm sistemini narahat edən ədviyyatlı və yağlı qidalar yerinə, daha çox az yağda qızardılmış tərəvəz, balıq və ya toyuq ətinə üstünlük verilməlidir.
Bütün bunlarla birlikdə:
Xolesterolu bədəndən atmağa kömək edən paxlalıları bol-bol istehlak edin,
Qan şəkəri balansını tənzimləmək üçün çox şəkərli meyvələrdən uzaq durun,
Tox tutan və lifli olması səbəbi ilə həzm sistemini asanlaşdıran yulaf əzməsini istehlak edin,
Tərləmə ilə bədəndən atılan mineralları əvəzləmək üçün su təbii qazlı su içmək faydalıdır,
Şərbətli şirniyyatlar yerinə, dondurmadan istifadə edin. (Pravda.az)