Eminin Moskvadakı lüks villası — VİDEO

ŞOU-BİZNES 28 mart 2025, 15:15
Xalq artisti Emin Ağalarov Moskvadakı villasını nümayiş etdirib. 

Axşam.az xəbər verir ki, o, lüks evində çəkiliş edərək bunları deyib:

"Baxın, bu da tək canavarın evi. İndi mən həyat yoldaşım Alyona ilə başqa bir evdə yaşayıram. Nə vaxtsa bu evi bütün övladlarımla birgə yaşamaq ümidi ilə tikmişdim. Amma övladlarım indi başqa ölkə və şəhərlərdə yaşayırlar. Qonaq otağı belə olmalı idi. 800 min nəfərlik. Bu isə uşaq otağıdır. Əkiz oğullarım Mikayıl və Əlinin 2-3 yaşı olanda onlar burada gəzirdilər. Sonradan burada qızlarım Əminə və Afina oynayıb. Bura bizi birləşdirən otaq idi. Burada gözəl və əyləncəli vaxt keçirirdik".

Qeyd edək ki, Eminin Əli və Mikayıl adlı iki oğul, Əminə və Afina adlı iki qız övladı var.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 mart 2025, 10:44
31 mart 2025, 10:30
31 mart 2025, 09:52
Top