Putin Kim Çen Inı təltif etdi

DÜNYA 27 mart 2025, 18:36
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” yubiley medalı ilə təltif edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.

Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Seoka təqdim edib. Diplomatik missiya qeyd edib ki, bu mükafat müttəfiq dövlətlər arasında hərtərəfli strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 mart 2025, 09:52
Top