Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik" (Ermənistan) xəbər yayıb.
Bildirilir ki, Ermənistan parlamenti səs çoxluğu ilə baş prokuror Anna Vardapetyanın vəsatətini təmin edərək müstəqil deputat Ovik Aqazaryan və müxalifətin "Şərəfim var" fraksiyasından olan deputat Taron Marqaryana qarşı cinayət işinin başlanmasına icazə verib. Müvafiq qərar parlamentdə gizli səsvermənin nəticələrinə əsasən qəbul edilib.
Ovik Aqazaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün 65 deputat səs verib, əleyhinə səs verən olmayıb. Taron Markaryanın deputat toxunulmazlığının ləğv edilməsi üçün 67 parlamentari səs verib, iki nəfər isə əleyhinə olub.
Aqazaryana gəldikdə, iş iki epizodla bağlıdır: birincidə, Aqazaryanın başqa bir şəxsə saxta sənədlərlə kənd təsərrüfatı heyvanlarının ixracının təşkilini vəd etdiyi iddia olunur. İxrac Ermənistan Respublikasının Qida Təhlükəsizliyi üzrə Müfəttişlik Orqanının vəzifəli şəxslərinə rüşvət vermək yolu ilə həyata keçirilməli idi. İddiaya əsasən 150-200 baş mal-qaranın ixracının təşkili üçün Aqazaryan iş adamlarından 200-300 min dollar (340-510 min manat) almaq niyyətində imiş. İkinci epizodda Aqazaryan vətəndaş Aram Mkrtçyandan Açapnyakda ibtidai məktəbin qəzalı binasının sökülməsini təşkil etmək və ərazinin yaşayış binasının tikilməsi üçün verilməsini təşkil etmək məqsədilə 23 min dollar (39 min manat) və 300 min dram (1.2 min manat) rüşvət tələb edib.
Taron Markaryana gəldikdə isə, ona qarşı müxtəlif illərdə pulların yuyulması, vəzifə səlahiyyətlərini aşma, torpaq sahələrinin mənimsənilməsi ilə bağlı müxtəlif maddələr üzrə ittiham irəli sürüləcək. (Oxu.az)