ABŞ-ın Dallas-Fort Uort beynəlxalq hava limanında qeyri-adi hadisə baş verib.
Demokrat.az xəbər verir ki, martın 14-də tamamilə çılpaq qadın hava limanının ətrafına qaçaraq iki nəfərə qələmlə onlara xəsarət yetirib.
Sosial şəbəkələrdə sürətlə yayılan iki dəqiqəlik görüntülərdə tamamilə çılpaq qadının hava limanında gəzdiyi görünür. Hadisə zamanı qadın “Mən bütün dillərdə danışıram” deyə qışqırıb, monitorlara telefon və ətrafa içki atıb, işçilərə hücum edib.
Polisin məlumatına görə, qadın “manik epizod”dan əziyyət çəkirmiş. O, öz qələmi ilə restoran menecerinin üzündən və başından yaralayıb, həmçinin kişinin sağ qolunu dişləyib. Şahidlər qadının qan içində olduğunu bildirsələr də, tibb işçiləri qanın onun olmadığını təsdiqləyiblər.
Mühafizəçilər tərəfindən nəzarət altına alınan qadın “çiçəklərlə birlikdə olmaq istədiyini” və “meşədə” olduğunu bildirib. O, özünü Ariel və Pocahontas kimi Disney şahzadəsi təsvir edib və bir anda özünü Venera adlandırıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, lakin qadının səhhəti ilə bağlı əlavə məlumat verilməyib.

Jalə
Demokrat.az