Makron və Zelenski Parisdə görüşüblər

DÜNYA 26 mart 2025, 23:15
Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Volodimir Zelenski Parisdə görüşüblər.

Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Qeyd olunur ki, görüş Ukraynada sülhməramlıların yerləşdirilməsinin müzakirə olunacağı sammit ərəfəsində baş tutub.

Xatırladaq ki, martın 20-də Zelenski ona zəng edən Makronla əlaqə saxlamaqdan imtina etmişdi. Ukrayna lideri fransalı həmkarına brifinqdə olduğunu izah edib və 15-20 dəqiqəyə geri zəng edəcəyinə söz verib.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top