Avropa artıq Ukraynaya sülhməramlı göndərmək fikrindən yayınıb

DÜNYA 26 mart 2025, 22:45
Avropa sülhməramlı qüvvələrini Ukraynaya göndərmək fikrini dəyişib və indi Kiyevi dəstəkləmək üçün alternativ variantlar axtarır.

Bu barədə “Reuters“ avropalı diplomatlara istinadən məlumat verib.

Məlumata görə adı açıqlanmayan diplomatlardan biri avropalıların indi qoşun göndərmək fikrindən yayındığını və daha mənalı ola biləcək bir şey tapmağa çalışdıqlarını deyib.

Digər bir mənbə isə bildirib ki, qoşunların göndərilməsi ideyası Ukrayna daha yaxşı vəziyyətdə olduğu zaman cəlbedici idi, lakin cəbhədəki mövcud vəziyyəti və Ağ Evə kimin rəhbərlik etdiyini nəzərə alsaq, sülhməramlı göndərmək ideyası artıq o qədər də cəlbedici deyil.(apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top