"Bütün insanların məni sevib, dinləməyinə ehtiyac yoxdur. Hər müğənninin onu sevən kütləsi olur. Mənimki yetəri qədər var. İnsanların bütün müğənniləri sevməsi mümkünsüzdür. Evdə övladımıza qarşı belə münasibətimiz fərqli olur, o ki, qaldı müğənnilərə, onların repertuarına. Tələbatın hamıda eyni olması mümkünsüzdür. Çox nadir olur ki, hamı tərəfindən sevilirsən. Aygün Kazımova kimi. Onu sevməyən. yoxdur. Varsa da tanımıram, rastıma gəlməyib".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Qapqara" verilişində qonaq olarkən deyib. O, yeni nəsil uşaqların ünsiyyət qura bilməmə problemindən danışıb:
"Yeni nəslin 2 nümayəndəsini yetişdirirəm. Çox gözəl də yol gedirik. İnsan töküldüyü qabın şəklini alan varlıqdır. Bizim zamanımızda yeni texnologiya olmasa da hər kəslə söhbət edəcək ağıldayıq. Hətta belə deyərdim ki, yeni nəsil söhbət etməyi, danışmağı bacarmır. "Salam" yerinə "sm" yazırlar. Belə olduğu halda onlarla necə ünsiyyət qura bilmərik? Hətta biz onlardan bu mənada üstünük. "Z", "alfa", "betta" nəslini qəbul etmirəm. Düşüncələr, sevgi, dəyərlər eynidir. Onların bizdən bir addım öndə olduğu məqamlar var. Amma bu duyğularımızı, dünyaya baxışımızı, kişinin qadına sevgisini, ananın dünyaya övlad gətirməyini, təbiəti dəyişmir. Bizim övladımızla ayaq uydura, qatıla bilmədiyimiz məqamlar var. Bu da çox normaldır. Eyni ilə mən özüm də anam-atam üçün bir addım öndə idim".