Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib — FOTOLAR

DAXİLİ SİYASƏT 25 mart 2025, 13:03
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırna kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Qızılca kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşlərdə seçicilərin müraciətlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı, həmçinin Kırna kəndindən olan şəhid Göydağlı Ramazan Əbülfət oğlunun, Qızılca kəndinən olan şəhid Rzayev Kənan Əbdürrəhman oğlunun, Əbrəqunus kəndinən olan şəhid Seyidov Miryasin Mirqafar oğlunun və Saltaq kəndinən olan şəhid Gülməmmədov Amin Mayis oğlunun ailələrini evlərində ziyarət edib.

Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur. Şəhidlərimizin həyat yolu indiki və gələcək nəsillər üçün nümunədir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.





























SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top