
Salyanın ən uzunömürlü sakinlərindən biri - Fatma nənə yüz yaşını qeyd edir.
Demokrat.az xəbər verir ki, ömrünün 50 ilini Salyan Rayon Xəstəxanasında xadimə işləyən qadın çətinliklə və təkbaşına dörd övlad böyüdüb.
İTV-yə danışan Fatma nənə bildirib ki, çətin olsa da, heç vaxt işindən usanmayıb: “Ayaqyalın, başıaçıq işləmişəm. Taksi tanımamışam, qara qaloş mənim üçün taksi olub. İşə qaloşla gedib-gəlmişəm. Qarla, qiyamətlə, zəhmətlə...”
Onu müayinə üçün gələn həkimlər qeyd ediblər ki, hazırda 100 yaşlı qadının kardioloji problemi yoxdur, qan təzyiqi isə norma daxilindədir.
Üç qız, bir oğul anası olan qadının indi 20 nəvəsi, 30 nəticəsi, 4 kötükcəsi var.
Daha ətraflı süjetdə: