Rusiya Prezidenti Vladimir Putin bir filmin onun həyatını necə dəyişdiyindən danışıb.
Demokrat.az xəbər verir ki, Prezident bu haqda TASS-a müsahibəsində danışıb. O bildirib ki, məktəbdə oxuyan zaman kəşfiyyata getmək istədiyib.
Onun sözlərinə görə, dənizçi və ya pilot olmaq arzusunda imiş, buna görə də Leninqradda Mülki Aviasiya Akademiyasına daxil olmağı planlaşdırıb. Putinin fikirlərini dəyişdirən məqam isə 1968-ci ildə geniş ictimaiyyətə təqdim olunan “Qalxan və qılınc” filminə baxması olub.
Prezident əlavə edib ki, o, bir nəfərin minlərlə insanın taleyini necə həll etdiyinə heyran olub.
Qeyd edək ki, Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və Dövlət Təhlükəsizlik Komitəsində işə təyin olunub.
Onu da əlavə edək ki, “Qalxan və qılınc” filmi 1967-ci ildə rejissor Vladimir Basov tərəfindən Vadim Kojevnikovun eyniadlı romanı əsasında çəkilib.