İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqləyib

DÜNYA 24 mart 2025, 00:11
İsrail qüvvələri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdavili öldürüb.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu və Ümumi Təhlikəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın planlaşdırma və inkişaf ofisinin rəhbəri terrorçu Salah əl-Bərdavili öldürüblər", - məlumatda bildirilir.

Bundan əvvəl "Al-Hadath" telekanalı əl-Bərdavilin Xan Yunis şəhərinin kənarında endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib.

Salah əl-Bərdavil Fələstin parlamentinin üzvü və eyni zamanda Xan Yunisdə HƏMAS hərəkatının rəsmi nümayəndəsi idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 mart 2025, 18:19
Top