“İstanbul hadisələri ilə Suriyadakı son hadisələr bir-birinə bağlıdır”.
Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyədə baş verənləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu gün Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyinin təfərrüatları ictimaiyyətə məlum olub: “Operativ nəzarət, təbliğat dəstəyi, o cümlədən səhnələşdirilmiş video çarxların hazırlanması, atıcı silahların yayılması və s. Belə məlum olur ki, Rusiya nəzarətində olan iranyönlü proksi qüvvələr Suriyanın Aralıq dənizi sahilini nəzarətə götürmək istəyirlər.
Cənubda eyni zamanda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb. Ən əsası isə şimal-şərqdəki bölgələrdən paytaxt istiqamətində PKK nəzarətində olan qüvvələrin hücumu başladı. Nəticədə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əl-Şaraa müvəqqəti hökumətini devirməyə cəhd etdilər.
“Bu gün İstanbulda baş verənlər Ərdoğana təzyiqi davam etdirmək cəhdidir. Ona görə də hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq cəhdidir”. (azpost.info)