"İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı (BMT) adlı qurum formalaşdı. Bu qurumun əsas aparıcı dövlətləri onun Təhlükəsizlik Şurasının üzvləri olan 5 dövlət (ABŞ, Fransa, Böyük Britaniya, Rusiya, Çin) olaraq yola davam etdilər. Eyni zamanda qeyri-daimi üzvlər də var. İlkin dövlərdə dünyada baş verən münaqişələrə qarşı bir sıra addımlar atılırdı".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.
O bildirib ki, ötən əsrin sonlarından başlayaraq BMT öz funksionallığını itirmiş oldu:
"Biz bunu xüsusilə öz problemlərimizdə hiss etdik. Azərbaycan torpaqlarının işğalı ərzində BMT-nin 4 qətnaməsi oldu, ancaq qətnamələrdə işğalçı tərəfin birmənalı olaraq Ermənistan olduğu vurğulanmadı, sanksiyalar tətbiq edilmədi. Avropa Şurası Parlament Assambleyası (AŞPA), Avropa Parlamenti (AP) da işğalçı dövlətə qarşı nəinki sanksiya həyata keçirmək, tətbiqi ilə bağlı sənəd belə qəbul etmədilər. Biz öz gücümüzə beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımızı işğaldan azad etdik. Buna görə də qurum öz dəyərini itirdi. Yaxın Şərqdə, Ukrayna-Rusiya müharibəsində, digər münaqişə ocaqlarında beynəlxalq qurumların təsir etmək mexanizmləri yoxdur. Dünya hazırda idarəedilməz vəziyyətə gəlib. Hesab edirəm ki, bu məsələdə həmin qurumların da dırnaqarası fəaliyyəti rol oynayır".
Deputat bildirib ki, biz separatçılardan, terrorçulardan qurtulmağın Azərbaycan nümunəsini ortaya qoyduq, dünyada analoqu olmayan işlər gödük:
"Öz iqtisadi, hərbi potensialımızdan istifadə etməklə torpaqlarımızı azad etdik. Bu zəfərə gedən yol da keşməkeşli idi. Yeni müstəqillik qazanan, 1 milyona yaxıb məcburi köçkün problemi yaşayan bir ölkənin iqtisadiyyatını gücləndirməsi əsas məsələ idi. Bütün problemlərə baxmayaraq ordumuzu gücləndirdik, müasir silahlar aldıq. Bunun üçün kifayət qədər böyük vəsaitlər, resurslar xərclənməli oldu. Bu dövrdə bütövlükdə prosesə rəhbərlik edən cənab İlham Əliyev oldu. Xarici siyasətimiz yüksək səviyyədə quruldu. Prezidentin gördüyü işlər qələbənin əsas müəllifi idi. Xalqımızın və dövlətimizin iradəsi ortada idi. Azərbaycan xalqı işğalla barışmadı. Ali Baş Komandanın xarici siyasəti, uzaqgörənliyi böyük önəm daşıdı, addım-addım istəyimizə nail olduq. Bu gün biz Qarabağa gedirik. Orada kommunikasiyalar bərpa olunur, quruculuq işləri gedir. Azərbaycan artıq regionun güc sahibinə, təhlükələrin qarşısını ala biləcək dövlətə çevrilib.Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin!".
Əfsanə Kamal
Demokrat.az