Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Ermənistan son açıq qalan iki maddəni artıq qəbul etdiyini Azərbaycana çatdırıb. Buna baxmayaraq Ermənistan ordusunun bölmələri sərhəddə atəşkəsi pozublar. Bundan sonra münasibətlərin necə irəliləməsi gözlənilir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Ermənistanın sülh müqaviləsinin mətni ətrafında mübahisə doğuran iki mühüm şərti də qəbul etməsi onun bundan sonra konstruktiv mövqe sərgiləyəcəyinə dəlalət etmir:
“Rəsmi İrəvan sülh şərtlərini qəbul etdikdən sonra Azərbaycan hökumətinə bununla bağlı birgə bəyanatla çıxış etməyi təklif etmişdi. Lakin İrəvanın sona qədər konstruktiv mövqe nümayiş etdirəcəyinə etibar etməyən rəsmi Bakı haqlı olaraq bu təklifi qəbul etmədi.Azərbaycan tərəfi irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir. Burada söhbət Azərbaycana qarşı yönəlmiş ərazi iddialarından gedir ki, ölkənin əsas qanununda bu iddiaların ləğvi yalnız referendum yolu ilə mümkündür. Rəsmi İrəvan referendumun 2027-ci ildə keçiriləcəyini bəyan edib və buna qədər Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir. Bu isə Ermənistan tərəfindən Azərbaycanın maraqlarına qarşı düşünülmüş diplomatik tələ də ola bilər. Azərbaycanın sülh müqaviləsinin şərtlərini Ermənistanda referendumun nəticələrini gözləmədən ratifikasiya etməsi hüquqi presedent yarada bilər”.
Politoloq onu da əlavə edib ki, Ermənistanda Paşinyanı əvəz edəcək hər hansı yeni hökumət, xüsusilə millətçi və ya revanşist qüvvələr, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının mövcudluğuna əsaslanaraq sülh müqaviləsinin şərtlərini birtərəfli qaydada yerinə yetirməkdən imtina edə bilər:
“Bu baxımdan, rəsmi Bakının Ermənistanla birgə bəyanatla çıxış etməkdən imtina etməsi Azərbaycanın siyasi uzaqgörənliyindən xəbər verir. Ermənistanla münasibətlərin hazırkı vəziyyətinə qiymət verən Azərbaycan Prezidenti İlham Əliyev 12-ci Qlobal Bakı Forumunda çıxışı zamanı Bakının Ermənistana olan etimadının "sıfır dərəcə" olduğunu bildirmişdi. Ermənistan Silahlı Qüvvələrinin Gorus rayonu istiqamətindən atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması da rəsmi İrəvanın sülhə dair açıqlamalarında səmimi olmadığını göstərir. Ermənistanın sözləri ilə əməlləri arasında ciddi fərqin olması münasibətlərdə etimadsızlıq mühitinin daha da dərinləşməsinə səbəb ola bilər və nəticədə danışıqların növbəti mərhələyə keçidini ləngidə bilər”.
Leyla Turan
Demokrat.az