Cəlilabadda avtomobil körpüdən AŞDI: Yaralılar var

HADİSƏ 17 mart 2025, 19:33

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, sürücü Qafil Əliyev idarəetməni itirərək "Mercedes-Benz" markalı minik avtomobilini körpüdən aşırıb və dərəyə yuvarlanıb.

Qəza zamanı nəqliyyat vasitəsində olan Gülşən Qafarova və Kitabə Mirzəyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top