“Azərenerji” ASC-yə cari rəhbərliyi həyata keçirmək üçün İdarə Heyəti yaradılacaq

DAXİLİ SİYASƏT 17 mart 2025, 10:51
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin cari rəhbərliyi həyata keçirmək üçün 3 üzvdən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılacaq.

Demokrat.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirlər Kabineti Cəmiyyətin nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top