Bu ölkədə güclü zəlzələ oldu

DÜNYA 15 mart 2025, 10:36
Meksikanın cənubunda yerləşən Oaxaca ştatında 5.5 bal gücündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Meksika rəsmiləri və ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri San Migel Açiutla şəhəri yaxınlığında, 64 km (40 mil) dərinlikdə olub.

Meksika Prezidenti Klaudiya Şeinbaum sosial platforma X-də açıqlama verərək heç bir dağıntının qeydə alınmadığını bildirib. 

Zəlzələ paytaxt Mexiko şəhərində həyəcan siqnallarının səslənməsinə səbəb olub, sakinlər evlərini və binalarını tərk ediblər. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 mart 2025, 13:47
Top