Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür etdi

XARİCİ SİYASƏT 11 mart 2025, 14:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkür edib.

“Report” Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top