Ceyhun Bayramovdan sülh sazişi AÇIQLAMASI

XARİCİ SİYASƏT 11 mart 2025, 11:06
Qazaxıstanın Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təklif etməsi bu ölkənin sülh prosesinə verdiyi önəmin göstəricisidir.

Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Qazaxıstan xarici işlər naziri Murat Nurtleu ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Qazaxıstan tərəfinin də dəstək verdiyi prosesdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişi imzalanması istiqamətində böyük məsafə qət edilib:

"Lakin buna baxmayaraq, Ermənistan Konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, Ermənistanın sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinin önündə ən böyük maneə olaraq qalır".  (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top