Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Demokrat.az xəbər verir ki, iclasda 1-ci liqanın 17-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
Qurum “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadəni, “Bakı Sportinq”in oyunçusu Ruslan Süleymanovu, “Karvan”ın futbolçusu Kənan Quliyevi, “İmişli”nin futbolçuları Gilyerme Silva və Rəhim Cəfərlini cəzalandırıb.
MOİK – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın məşqçisi Amit Quluzadə hakimin qərarına etiraz etdiyinə görə birbaşa vərəqə aldıqdan sonra hakimlər otağına daxil olduğu üçün 3 oyun cəzalandırılıb. “Qaradağ Lökbatan” 300 manat cərimə edilib.
“İmişli” – “Mingəçevir” oyununun 87-ci dəqiqəsində “İmişli”nin 32 nömrəli futbolçusu Rəhim Cəfərli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 50 manat cərimə edilib.
Həmin oyununun 87-ci dəqiqəsində “İmişli”nin 4 nömrəli futbolçusu Gilyerme Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb, “İmişli” cərimələnib.
“Difai” – “Bakı Sportinq” oyununun 86-cı dəqiqəsində qonaqların 37 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, klubu 50 manat cərimə edilib.