“Real” “Barselona”ya başsağlığı verdi

İDMAN 09 mart 2025, 14:52
“Barselona”nın əsas komandasının həkimi 40 yaşlı Karles Minyaro Qarsia vəfat edib. 

Demokrat.az xəbər verir ki, “Real” əzəli rəqibinə Qarsiyanın ölümü ilə bağlı başsağlığı verib.

“Real” klubu, onun prezidenti və Direktorlar Şurası “Barselona”nın həkimi Karles Minaryo Qarsiyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Biz Karlesin əzizlərinə və yaxınlarına, onun həmkarlarına və bütünlükdə “Barselona”ya öz kədərimizi və dəstəyimizi çatdırmaq istərdik”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, həkimin ölümünə görə ötən gün baş tutmalı olan “Barselona” – “Osasuna” matçı təxirə salınıb.

Qarşılaşmanın aprelin 26-da və ya mayın 21-də keçiriləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top