Neymar Braziliya yığmasına çağırıldı

İDMAN 08 mart 2025, 13:50
Braziliya millisi 2026-cı ilin martında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunları üçün heyətini açıqlayıb.

Demokrat.az
xəbər verir ki, 33 yaşlı hücumçu Neymar Barziliyanın əsas komandasına çağırılıb.

“Geri döndüyüm üçün xoşbəxtəm!” - Neymar sosial şəbəkə hesabında bildirib.

“Barselona”nın və PSJ-nin keçmiş forvardı il yarımdır ki, millidə oynamayıb.

Neymarın Braziliya millisində son oyunu 2023-cü il oktyabrın 18-də baş tutub. Bu oyunda Braziliya DÇ-2026-nın seçmə mərhələsi çərşivəsində Uruqvay millisinə uduzub (0:2). Neymar isə yalnız oyunun bir yarısını meydanda keçirib. Ümumilikdə, Neymar millidə 128 oyun keçirib. Bu oyunlarda o, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.

Qeyd edək ki. 2025-ci ilin martında Braziliya millisi iki oyun keçirəcək: martın 21-də Dorival Juniorun komandası Kolumbiya millisini qəbul edəcək. Martın 25-də isə Braziliya millisi səfərdə Argentina millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, Neymar bu il yanvarın 31-də “Əl-Hilal”dan “Santos”a keçib və klubda 7 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. (Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top