Ekspert: "Müəllimlər pul yığmağı məktəb daxilində elə bəh-bəhlə qeyd edirlər ki..."

GÜNDƏM 06 mart 2025, 19:24
"Məsələnin tək günahkar tərəfi direktor deyil. Həmin məsələdə direktorun və valideynlərin səs yazısını dinləyib, aralarındakı münasibəti anlamağa çalışdım. Əlbəttə direktor günahkardır, ancaq təkcə o günahkar deyil. Müəllimlər pul yığmağı məktəb daxilində elə bəh-bəhlə qeyd edirlər ki, direktor 600 manatlıq hədiyyəni "dilənçi payı" deyib geri çevirməsə, bu, onlar üçün çox təbii hadisə hesab olunacaqdı". 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. 

"Səs yazılarından birində deyilir ki, sizdən (direktordan) əvvəl digərlərinə nə vermişiksə, qəbul ediblər. Kollektiv daxilində ad günü və.s günlərdə hədiyyə almaq normaldır. Söhbət burada işçi və müdirin münasibətindən gedir. Məktəb aurası tamamilə fərqli olmalıdır. Hədiyyəyə "dilənçi payı" deyib geri çevirmək məktəb rəhbərinin leksikonuna yaraşmır. Həmin şəraiti yaradan müəllimlərdir. İllərdir təhsil mühitindəyəm. Bu gün öz direktoruna zorla hədiyyə almaq istəyən müəllim sabah şagirdlərindən zorla hədiyyə istəyəcək. Həmin müəllimin yanaşmasında hədiyyə vacib detaldır. Burada müəllim koordinat rolunu oynayır. Direktorun cəzasını alması digərləri üçün də görk olmalıdır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top