ABB-dən nəqliyyat sektoru ilə bağlı hesabat!

MALİYYƏ 06 mart 2025, 12:36
ABB maraqlı tərəflər üçün araşdırma-hesabatların hazırlanmasını davam etdirir. Bankın növbəti araşdırması Azərbaycanın nəqliyyat sektoruna həsr olunub.

Hesabatda yük və sərnişin daşımaları üzrə gəlir və xərclərin ümumi tendensiyasına diqqət yönəlib. Yük növləri üzrə daşınmanın, keyfiyyət göstəricilərinin təhlili aparılıb. Nəqliyyat vasitələrinin idxalı və bu sahəyə investisiyalar, nəqliyyat vasitələrinin sayı, bu sektorda çalışan əhali sayı, nəqliyyat vasitələrinin əvvəlki illə müqayisədə qiymət dinamikası ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Araşdırma-hesabatda Bakı şəhərinin Baş planında nəqliyyat şəbəkəsi, beynəlxalq tıxac statistikası, Zəngəzur dəhlizinin iqtisadi perspektivləri ilə bağlı da zəngin məlumatlar var.

Bankın malik olduğu datalar əsasında ictimaiyyət üçün bu cür faydalı araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. ABB-nin silsilə hesabatları ilə buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top