Abşeron Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 2025-ci il üçün təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində 05.03.2025-ci il tarixində tibbi aksiya keçirilib. Aksiya tibb müəssisəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad Ailə Sağlamlıq Mərkəzində həyata keçirilib.
Demokrat.az xəbər verir ki, tibbi aksiyaya vətəndaşların yararlanması üçün kardioloq, endokrinoloq, nevroloq, oftalmoloq, radioloq, cərrah ixtisası üzrə həkimlər cəlb edilib, ultrasəs(USM), elektorkardioqramm(EKQ), laboratoriya və s. kimi xidmətlər olmaqla ümumilikdə 319 nəfərə 651 xidmət göstərilib.
Aksiyada qəsəbə sakinləri ixtisaslı həkimlərə müraciət edərək, tibbi xidmətdən yüksək səviyyədə faydalanıblar.
Həmçinin keçirilən aksiyanın yüksək şəkildə təşkil olunması və xidmət keyfiyyətinə nəzarət etmək üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova da iştirak edib.
Xatırladaq ki, layihənin məqsədi rayonun müxtəlif ərazilərində yaşayan vətəndaşlara yerində, daha əlçatan və keyfiyyətli xidmətin göstərilməsidir.
Səyyar təşkil olunan bu aksiyaların mütəmadi olaraq icrası planlaşdırılır.