ABŞ Konqresinin rəsmisi sərxoş vəziyyətdə avtomobili ilə polis maşınına çırpılıb

DÜNYA 06 mart 2025, 11:47
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun aparat rəhbəri Heyden Heyns idarə etdiyi avtomobili ilə polis maşınına çırpılıb.

Bu barədə "ABC News" telekanalı mənbələrə istinadən məlumat verib.

Hadisə martın 4-də ölkə prezidentinin Konqresdəki çıxışından sonra baş verib. Heyns sərxoş vəziyyətdə avtomobil idarə etmək ittihamı ilə həbs edilib, lakin sonradan sərbəst buraxılıb. Consonun mətbuat katibi telekanala Nümayəndələr Palatasının sədrinin hadisədən xəbərdar olduğunu bildirib.

ABŞ Kapitol polisinin bəyanatına görə, spikerin baş köməkçisi gecəyarısı şəxsi avtomobili ilə park edilmiş avtomobilə çırpılıb. Hadisə yerinə polis əməkdaşları gəlib və sürücü həbs edilib.

Qeyd edək ki, Heyns uzun müddətdir respublikaçının etibarlı köməkçisidir. Conson 2023-cü ildə bu vəzifəyə gəldikdən sonra, spikerin aparat rəhbəri vəzifəsində çalışıb. (Oxu.Az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top