Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin bir qrup müəllimi əməkhaqlarını ala bilmədiklərini bildirirlər.
Demokrat.az xəbər verir ki, Vətəninfo.az-ın redaksiyasına müraciət Bakı şəhər Nizami rayon ərazisində yerləşən 3 saylı Xüsusi Təhsil məktəbinin müəllimləri 2024-cü ilin sentyabrın 15-dən işə çıxmalarına baxmayaraq onlara catacaq 15 günlük əmək haqlarını ala bilmədiklərini deyirlər.
Müəllimlər bildirir ki, bununla bağlı həm Bakı şəhəri üzrə Təhsil idarəsinə, eyni zamanda rayonun Təhsil İşçiləri Həmkarlar İttifaqına müraciət edərək, hüquqlarının qorunmasını, həmçinin 15 günlük əmək haqlarının ödənilməsini tələb edirlər. Apardığımız araşdırma zamanı bəlli oldu ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müfafiq şöbəsinə rəhbərlik etmiş Azər adlı şəxs müəllimlərin 15 günlük əmək haqlarının hesablanıb köçürülməsi ilə bağlı aktı maliyyə idarəsinə göndərmədiyindən, 60-a yaxın müəllimin əmək haqları bu günə kimi köçürülməyib.
Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinin müvafiq şöbənin rəhbəri olan Azər adlı şəxs artıq idarədə çalışmasa da, onun yaratmış olduğu bu qanunsuzluğu Bakı şəhəri üzrə Təhsil idarəsi də aradan qaldırmaq istəmir.