"Ağ Evdə Zelenski və Trampın arasında yaşanan gərginlikdən sonra Ukrayna ictimaiyyətində ABŞ-ın etimadını yenidən qazanmaq haqqında fikirlər səsləndirilirdi. Həmin qalmaqaldan sonra Britaniya keçirilən sammitdə də mühüm qərarlar qəbul edilmədi. Qəbul ediləcək hər hansı qərarın ABŞ ilə müzakirə edildikdən sonra tətbiq ediləcəyi barədə fikir səsləndirildi. Bunlar şübhəsiz ki, Ukrayna üçün yaxşı gələcək vəd etmədi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib.
O bildirib ki, Ukrayna bu günə qədər müharibəni ABŞ-ın yardımı ilə davam etdirib, verilən silahların hesabına Rusiyanın dərinliklərinə zərbələr endirə bilib:
"Ukrayna üçün əhəmiyyətli olan Kursk əməliyyatı da ABŞ silahları hesabına aparılmışdı. Avropada baş verən iqtisadi tənəzzül Ukraynaya real maddi yardım göstərilməsinə imkan vermir. Artıq ABŞ tərəfindən Ukraynaya edilən böyük ölçüdə yardımlar dayandırılıb. Avropadan çox da yaxşı xəbər ala bilməyən Zelenski hazırda ABŞ ilə danışıqların bərpa edilməsi istiqamətində danışıqlar aparacaq.
Tramp və Zelenskinin növbəti görüşünün əvvəlkindən daha yumuşaq keçəcəyi istisna deyil. Çünki ABŞ Ukraynanın təbii sərvətlərinin birgə istifadəsinə maraqlıdır. ABŞ Ukraynanın bu mövzuda çox da üstünə getməməyə çalışacaq. Çünki Çin də bu məsələdə maraqlıdır. Böyük ehtimalla müqavilə biraz da Ukraynanın istədiyi formada bağlanacaq.
Artıq Zelenskinin başçılığı altında belə bir fikir səsləndirilib ki, ABŞ-ın başçılığı altında proses aparılsın. Yaxın zamanda Kiyev və Vaşinqton arasında münasibətlərin normallaşması istiqamətində real addımların şahidi olacağıq".
Əfsanə Kamal
Demokrat.az