"Meyxanaçı olmasaydım, saçım vaxtından tez ağarmazdı. Meyxanada əsəb, stres, həyəcan, yuxusuz gecələr var".
Demokrat.az xəbər verir ki, bunu Baku TV-nin "Qapqara" verilişində qonaq olan meyxana ustası Orxan Lökbatanlı deyib.
O, meyxanaçıların normal həyat tərzinin olmadığını vurğulayaraq, "nə vaxtlı-vaxtında yatıb-dura, nə də qidalana bilirsən. Bunlar insanın erkən qocalmasına səbəb olur", - deyə sözlərinə əlavə edib.
Sənət yoldaşları ilə dostluğundan da danışan meyxanaçı onlarla çox dərin bağ qurduğunu deyib:
"Vüqar Biləcəri ilə elə şeyləri dərdləşirdim ki, onları heç kimə deyə bilmərəm. Məni ancaq o başa düşürdü. Hamı Vüqarı hökmranlıq edən meyxanaçı kimi tanıyıb. Amma onunla elə günlərimiz olub ki, saatlarla dərdləşmişik, başımızı bir-birimizə söykəyib ağlamışıq. Vüqarın ürəyi uşaq ürəyi kimi idi". (Baku.ws)