Mədəniyyət

Mədəniyyət naziri: "Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb"

Mədəniyyət naziri: Azad edilmiş ərazilərdə tarixi abidələrin bərpasına başlanılıb

"Azad edilmiş ərazilərdə tarixi abidələrin inventarlaşması artıq başa çatıb və onların bərpasına başlanılıb".

Bu sözləri mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar "Ana harayı" abidəsini ziyarətində çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda azad edilmiş ərazilərdə çoxsaylı layihələr icra olunur:

"Eyni zamanda, bütövlükdə mədəniyyət infrastrukturunun bərpası istiqamətində də ciddi işlər həyata keçirilir". (Oxu.Az)

NE
Nihadə Eyyubova