Ekspert: "Uşaq qidalarının ölkəmizdə istehsal olunması daha yaxşı olardı"

GÜNDƏM 22 fevral 2025, 18:21
""Humana1" uşaq qidalarının tərkibində geni modifikasiya olunmuş orqanizmin (GMO) göstəricisi aşkar edilib.  Məhsulun tərkibindən GMO çıxması heç də o demək deyil ki, indiyə qədər bu qidalar yoxlanılmayıb. Ola bilər ki, digər partiyalar analizə cəlb olunsa da, yalnız bu partiyada GMO aşkar edilib. Vətəndaş məhsulu alan zaman mütləq etiket qaydalarına baxmalıdır. Üzərində "Gmo free" qeyd olunubsa, tərkibində GMO olmamalıdır. Əgər üzərində "yoxdur" yazıldığı halda, tərkibində GMO varsa, alınan yerdən müvafiq laborator analiz və idxal sağlamlıq aktı tələb olunmalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında "Refresh Group" icraçı direktoru, qida mütəxəssisi Seymur Qafarov deyib. 

"Yaxşı olardı ki, ölkəmizdə uşaq qidaları istehsal edilsin. Bunun üçün kifayət qədər maliyyə tələb edən böyük müəssisələr qurulmalıdır. Öz istehsalımız olarsa, öz xammalımızdan və inqiridentlərimizdən istifadə edilərdi. Bu zaman xammal istehsalı da daim nəzarət altında olmuş olardı. AQTA və İqtisadiyyat Nazirliyi tərəfindən təftişlər aparılardı. Bildiyim qədərilə ölkəmizdə uşaq qidası istehsal edilmir. Uşaq qidaları Türkiyədən və Avropa ölkələrindən idxal olunan məhsullardır".

Qeyd edək ki, xaricdən gətirilən "Humana1" uşaq qidasının tərkibində GMO aşkar edilib. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 fevral 2025, 22:33
Top