12 yaşlı qıza əxlaqsız hərəkətlər edən 66 yaşlı azərbaycanlı HƏBS OLUNDU

DÜNYA 18 fevral 2025, 12:33
Azərbaycan əsilli qocaya qarşı cinsi z*rakılıq maddəsi ilə cinayət işi başlanıb. 

Demokrat.az Rusiya mediasına istinadla xəbər verir ki, Sankt-Peterburq sakini qızının naməlum şəxs tərəfindən təzyiqə məruz qalması barədə polisə müraciət edib.

Sankt-Peterburq sakini 3 gün əvvəl hadisə ilə bağlı polisə məlumat verib. Qadının sözlərinə görə, fevralın 9-da Korablestroiteley küçəsindəki fitnes klubunun hamamında naməlum şəxs onun 12 yaşlı qızına toxunub.

Əməliyyatçılar şübhəli şəxsi Staro-Peterqofski prospektindəki evində saxlayıblar. 

Xüsusi təcridxanada 66 yaşlı kişi barəsində həbs-qətimkan tədbiri seçilib.(Lent.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top