Fransada məhbuslara Sevgililər Günü üçün masaj edilib

DÜNYA 17 fevral 2025, 20:57
Fransanın ədliyyə naziri Cerald Darmanin həbsxanalardan birində məhbusların Sevgililər Günündə masaj edilməsindən qəzəblənib. 

Demokrat.az xəbər verir ki, bu barədə Figaro nəşri yazır. 

 Nəşr bildirib ki, 20-yə yaxın məhbus Tuluzadakı bir salon tərəfindən təklif olunan üz masajı xidmətlərindən yararlanıb.

Bu hadisədən sonra Darmanin həbsxanada təhsil, fransız dili və idmanla bağlı olmayan bütün istirahət tədbirlərinin dayandırılması əmrini verdiyi açıqlanıb. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top