Hikmət Hacıyev televiziya işçilərini TƏBRİK ETDİ

SİYASƏT 14 fevral 2025, 10:55

Bu gün – 14 fevral Azərbaycanda televiziya yayımına başlanıldığı gündür.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

O qeyd edib ki, 1956-cı ilin məhz bu günündə Şərqdə ilk televiziya ölkəmizdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxaraq xalqımızın siyasi və mədəni həyatında yeni bir mərhələ açıb.

"Bu gün televiziya kanallarımız məzmun və format baxımından daim yenilənir, təqdim olunan hər verilişdə, hər videosüjetdə yaradıcı kollektivin peşəkarlığı və zəhməti aydın hiss olunur. Bu əlamətdar gün münasibətilə televiziya işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları və yeni nailiyyətlər arzulayıram", - Hikmət Hacıyev bildirib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top