![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2021/10/2/1/09c5afd4-0a07-48f4-8800-350fbb9bdd75/sultan-zahidov.jpg)
"Azərbaycan Ermənistana qarşı bir sıra məhkəmələrdə iddialar qaldırıb. Bu iddiaların əsas səbəbi işğal müddəti ərzində Ermənistanın Azərbaycan torpaqlarının biomüxtəlifliyini, enerji resurslarını istismar etməsi, Azərbaycanın mədəniyyətinə, tarixinə vurduğu zərərdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
"İddialardan biri Bern konvensiyasına əsaslanaraq biomüxtəlifliyin qorunması çərçivəsində olan iddiadır. Bu gün də XİN bəyənat verdi ki, Azərbaycan bununla bağlı Haaqadakı Arbitraj məhkəməsinə sənəd təqdim edib. Ermənistan 30 il ərzində insanlarımızın torpaqlarından qovulmasına, qətliam törədilməsinə səbəb olub, təbiətimizi məhv edib, çaylarımızı, göllərimizi çirkləndirib. Bütün bunlara baxmayaraq Ermənistan məsuliyyəti üzərinə götürmək istəmir, hər vəchlə beynəlxalq ədalətdən yayınır".
O bildirib ki, Azərbaycan ümid edir ki, beynəlxalq məhkəmələr yolu ilə, tribunal vasitəsilə Ermənistan öz layiqli cəzasını alar:
"Bu uzun prosesdir. Əsas odur ki, Arbitraj məhkəməsinin qərarı ədalətli olsun, beynəlxalq hüquq normaları əsasında qərəzsiz mövqe tutulsun. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərdə törətdikləri ilə bağlı qurumların dəfələrlə bəyənatları olub. BMT-nin "Ətraf aləm" proqramında dəfələrlə bildirilib ki, Ermənistan Qarabağda Azərbaycan meşələrini kəsir, regionun biomüxtəlifliyinə ciddi ziyan verir. Azərbaycanın beynəlxalq müşahidələrə və rəylərə əsasən əlində kifayət qədər maddi sübutlar var".
Əfsanə Kamal
Demokrat.az