![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/5/26/1/ed745e92-3e32-4f84-9a53-146be5e1a3e0/ibrahim.jpg)
Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs barəsində cinayət işi başlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət işi sənətçinin keçmiş meneceri Şule Yazarın şikayəti əsasında açılıb.
Yazar Tatlısəsin ona qarşı təhdid, mobbinq və psixoloji zorakılıq tətbiq etdiyini iddia edərək, İzmir Respublika Baş Prokurorluğuna müraciət edib.
Keçmiş menecer məsələyə dair açıqlamasında bunları deyib:
"Hamilə olduğum vaxtlarda mənimlə daim əsəbi və kobud şəkildə danışırdı, təhdid edirdi. Bəlkə də əsəbiləşərək deyirdi, amma bu təhdidlərin bir gün gerçəyə çevrilməyəcəyinə heç kim zəmanət verə bilməz. Buna görə də vəkilimlə birlikdə sübutlarla cinayət işi qaldırdıq."
Hazırda istintaqın davam etdiyi bildirilir.

![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/13/1/bc55f440-355b-4b13-8e3f-7632df928a0e/d9f2380d-48fe-457f-b584-1b93fc13fb46.jpg)