“Baydendən fərqli olaraq Trampın dövründə ABŞ-da ermənilərin mövqelərinə ciddi zərbə dəyib” — Politoloq

XARİCİ SİYASƏT 12 fevral 2025, 17:56
ABŞ Konqresində ermənilərə dəstək verən konqresmenlərin sayı azalıb. Bunu göstərən əsas məqam ABŞ dövlət katibi Marko Rubioya Azərbaycana təzyiq çağırışı üçün göndərilən məktuba cəmi 4 konqresmenin imza atması olub.

Məlumata görə, məktuba Frenk Pallone, Qas Biliriakis, Bred Şerman və David Valadao imza atıblar. 4 şəxsin hər biri bundan öncə Azərbaycana qarşı kəskin mövqeyi və erməni lobbisi ilə sıx əməkdaşlığı ilə tanınıb.

Məktubda konqresmen Rubiodan Azərbaycan qarşı Maqnitski qanununun işə salınmasını, Ermənistanın ərazi bütövlüyünü qorunmasını, hərbi cinayətlərdə ittiham olunan ermənilərin azad olunması üçün Bakıya təzyiq edilməsini istəyiblər.

Bununla belə konqresmenlərin müraciətində diqqətçəkən məqam dövlət katibinə məktub göndərən siyasətçilərin sayının Bayden administrasiyası dövrü ilə müqayisədə 15 dəfə azalması olub.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, Bayden administrasiyasından fərqli olaraq Trampın dövründə ABŞ-da  ermənilərin mövqelərinə ciddi zərbə dəyib:

“Erməni məsələsi, erməni problemi ilə bağlı artıq çıxış edən konqresmenlərin də sayı azalmaqdadır. Cəmi  dörd konqresmen dövlət katibinə müraciət edib. Burada əsas məsələ Ermənistanın ərazi bütövlüyünün qorunması və Azərbaycanda saxlanılan ermənilərin əsir şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Sual yaranır ki, 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi pozulmuşdu və  bu cür müraciətlər konqres tərəfindən dövlət departamentinə niyə üvanlanmırdı? Cavab bəllidir, çünki bu şəxslər yalnız ermənilərin maraqlarını təmin etməyə çalışır”.

Politoloq onu da qeyd edib ki, onlar seçkidən seçkiyə erməni kartından istifadə edir, onların səsini toplayır:

“Onlar konqresmenlərin seçilməsi üçün can fəşanlıq edirlər. Müxtəlif təbliğat kampaniyalarında iştirak edirlər. Nəticədə konqresə vəsiqə qazanan şəxslər yalnız ermənilərin siyasi sifarişləri ilə oturub dururlar. USAİD-in və bu kimi qurumların Tramp dövründə nüfuzdan düşməsi, onlara qarşı hərəkatın başlanması, bununla yanaşı olaraq “Politico”, “New York Times”, “Associated Press” kimi agentliklərin də informasiya müstəvisində fəaliyyət göstərən qurumların da təqiblərə məruz qalması, onların dövlət büdcəsindən maliyələşdirilməsinin qarşısına alınması da  yeni dövrdə Tramp zamanında təmələ başqa bir siyasətin yürüdüləcəyindən xəbər verir. 

Bu da əlbəttə ki, ermənilərin maraqlarına uyğun deyil. Qatı ermənipərəst mövqedə duran şəxslər öz addımlarından geri çəkilmirlər. Çünki onlar ermənilər qarşısında hesabat verməyə məcbur olacaqlar. Amma Bayden administrasiyasından fərqli olaraq, hazır ki, konqresmenlərin sayında 15 dəfə azalma kifayət qədər ciddi göstəricidir. Bundan Azərbaycan tərəfi maksimum istifadə etməlidir. ABŞ-da bizim mövqelərimizin daha da möhkəmlənməsi üçün yaxşı şərait var. Azərbaycan-ABŞ münasibətlərini strateji pilləyə yüksəltmək hesab edirəm ki, ən doğru addım olardı və buna çalışmaq lazımdır”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top