![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2022/12/8/1/0a92e8cd-9fa9-4a90-a653-30eb44f35214/er-arvad.jpg)
Qusar rayonunda 1985-ci il təvəllüdlü Kamal ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Turanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ər arvadın birgə yaşadığı evdə, səhər, saat 8 radələrində baş verib.
Kamal Qusar rayonunun kəndində yumruqla arvadı, 1994-cü il təvəllüdlü Turanənin sifətinə vurub.
Hadisəni törədən Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, zərərçəkmiş Turanə onun arvadıdır:
“Hadisə günü, səhər saatlarında Turanəyə artıq soyuq ayları olduğundan və uşaqlar balaca olduğundan işə getməməsini dedim. Bununla bağlı aramızda mübahisə yarandı. Mən əsəbləşərək yumruqla Turanəni vurdum. Hazırda törətdiyim əməlindən səmimi peşmançılıq hissi keçirirəm”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Turanənin sözlərinə görə, Kamal onun əridir və onlar birlikdə eyni evdə yaşayırlar:
“Kamal tez-tez mənimlə mübahisə edir, evə əsəbi halda gəlir və evdə dava salır. Buna görə bir neçə dəfə valideynlərimin evinə qayıtdım. Hadisə günü Kamala hovuzda su olmadığını, məni doldurmaq lazım olduğunu bildirdim. Kamal isə yumruqla vuraraq mənə xəsarət yetirdim. Bu zaman biz bir həftə olar ki, küsülü olmuşuq”.
Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasının nəzərə alıb. Bu səbəbdən Kamalın barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az