"Sputnik"də çalışan insanlar Azərbaycana qarşı troll fəaliyyəti ilə məşğul olub — Deputatdan ŞOK AÇIQLAMA

GÜNDƏM 12 fevral 2025, 12:44
""Sputnik" İnformasiya Agentliyi əvvəllər Azərbaycanda Rusiyadakı agentliyin törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Fəaliyyət göstərdiyi zaman kəsiyində də heç zaman Azərbaycanın maraqlarından çıxış etməyib. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi mövzusunda heç zaman birmənalı münasibətin də şahidi olmamışıq".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O bildirib ki, "Sputnik" agentliyi ilə bağlı tənqidi fikirlər ortaya çıxanda, orada çalışan bir sıra insanın Azərbaycana qarşı troll fəaliyyəti ilə məşğul olduğu aydın olub:

"Təəssüf ki, onlar Azərbaycanın ədalətli mövqeyini işıqlandıran insanlara qarşı qarayaxma kampaniyasında da iştirak ediblər. Azərbaycanda hər hansı xarici ölkənin informasiya resursunun fəaliyyət göstərməsinə hal-hazırda heç bir ehtiyac yoxdur. 

Nəzərə almaq lazımdır ki, "Sputnik"in başında duran şəxs erməni təbliğat maşınının və ultramillətçiliyinin əsas funksionerlərindən biridir. Agentliyin ölkəmizdə fəaliyyəti üçün hansısa ehtiyac yoxdu, qanunvericilik çərçivəsində agentliyin fəaliyyətini nəzərdən keçirmək olar".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top