Rusiyada 10 yaşlı oğlan 700-dən çox məktəbi "minalayıb"

DÜNYA 09 fevral 2025, 17:56
Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi "minalayıb".

Bu barədə Demokrat.az Oxu.Az-a istinadən xəbər verir.

Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.

Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.

Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.

Uşaq etiraf edib ki, bu yaxınlarda "Telegram"da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.

Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top