![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2025/2/8/1/c034dc3f-94d1-47c8-8b12-3de5246d37a8/turkiye.jpg)
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bir neçə gün əvvəl yol açılışı mərasimində iştirak etmək üçün Elazığa səfər edib.
Demokrat.az xəbər verir ki, səfər çərçivəsində Uraloğlu ilə ölkənin Jandarma qüvvələrinin əməkdaşı arasında maraqlı dialoq yaşanıb.
Belə ki, nazir Elazığ-Harput yolunun açılışına gedərkən avtomobilini özü idarə edib. Yolda jandarmalardan biri avtomobili saxlayıb. Uraloğlu avtomobilə yaxınlaşan və onu tanımayan jandarmaya təbəssümlə “Mən nəqliyyat naziriyəm. İcazənizlə yolun açılışını edəcəyik” deyib.
Jandarma isə cavabında naziri salamlayaraq yola salıb.
Bu anın görüntülərini isə türkiyəli nazirin avtomobilində olan şəxslər lentə alıb. Sosial şəbəkələrdə yayılan bu video izləyicilərin marağına səbəb olub. (Qafqazinfo.az)